ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yenidən Venesuelanın xəritəsi və "51-ci ştat" yazısı olan şəkli yerləşdirib.
"Report" xəbər verir ki, paylaşılan fotoda Bolivar Respublikasının ərazisi Amerika bayrağının rənglərinə boyanıb.
Tramp oxşar şəkli bu ilin may ayında da yayıb. Daha əvvəl o, Venesuelanın, Kanadanın və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması ehtimalı barədə dəfələrlə fikirlər səsləndirib.
Mənbə: report.az