IMG-LOGO

"Klan Soprano" serialının ulduzu Vinsent Pastore vəfat etdi

02 Aug 2026 04:33 3 baxış
IMG
0 0

Amerikalı aktyor Vinsent Pastore 80 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Məlumata görə, aktyorun cəsədi avqustun 1-də Nyu-Yorkdakı evində dostu tərəfindən aşkarlanıb. Bildirilir ki, Pastore bir neçə gündür yaxınları ilə əlaqə saxlamırdı.

Vinsent Pastore "Klan Soprano" serialında Salvatore Bonpensiero obrazı ilə yanaşı, "Goodfellas", "Carlito's Way", "Revolver" və digər məşhur filmlərdə də rol almışdı.

ABŞ, Vinsent Pastore, kino

 

Vinsent Pastore Klan Soprano

Mənbə: lent.az

Xəbər lenti