Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, o, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.
T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.
Xatırladaq ki, T. Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.


Mənbə: report.az