Rusiyanın tanınmış estrada müğənnisi və aktrisası Edita Pyexa son illər ictimaiyyət qarşısına çıxmasa da, 2027-ci ildə qeyd olunacaq 90 illik yubileyində yenidən səhnəyə qayıtmağı planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə müğənni "KP-Peterburq" nəşrinə açıqlamasında danışıb.
"Artıq indidən həyəcan keçirirəm. Çox narahatam, çünki səhnəyə çıxmaq mənim üçün həmişə böyük həyəcan və məsuliyyət deməkdir... İndidən tir-tir əsirəm. Deyəsən, bir flakon pişikotu içməli olacağam", - deyə Pyexa bildirib.
Qeyd edək ki, SSRİ Xalq artisti Edita Pyexa avqustun 1-də 89 yaşını qeyd edib.
Müğənninin nəvəsi, ifaçı Stas Pyexa nənəsini həm şəxsən, həm də sosial şəbəkə hesabında təbrik edib. O, arxivdən nadir bir video paylaşaraq gənc Edita Pyexanın altı yaşlı Stası televiziya tamaşaçılarına təqdim etdiyi görüntüləri izləyicilərlə bölüşüb.
"Bu gün ailəmizin böyüyünün 89 yaşını qeyd edirik. O, bizim ağbirçəyimiz, müdrikliyimiz, təcrübəmiz, qürurumuz, tariximiz və gücümüzdür. Əziz Babon, hər günün sevincini yaşa. Biz - ailən həmişə həm çətin, həm də xoş günlərində sənin yanındayıq", - deyə Stas Pyexa yazıb.
Edita PyexaMənbə: lent.az