Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, Dunay çayında suyun səviyyəsinin azalması səbəbindən "Pakş" atom elektrik stansiyasının (AES) fəaliyyəti tamamilə dayandırılacaq.
"Report" xəbər verir ki, bu barədə hökumət başçısı özünün sosil şəbəkə hesablarında yazıb.
Onun sözlərinə görə, avqustun 2-nə keçən gecə stansiyanın bir enerji bloku söndürüləcək, bundan sonra onun gücü 240 meqavata qədər azalacaq.
"Sabah səhər, 44 il ərzində ilk dəfə olaraq stansiyanın işi tamamilə dayandırılacaq", - Madyar qeyd edib.
O izah edib ki, buna səbəb isti havaya görə Dunay çayının dayazlaşmasıdır.
Mənbə: report.az