IMG-LOGO

"Sopranolar klanı" serialının aktyoru Vinsent Pastore vəfat edib

02 Aug 2026 04:32 4 baxış
IMG

"Sopranolar klanı" serialında Salvatore Bonpensyero rolu ilə tanınan Vinsent Pastore 80 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, avqustun 1-də aktyorun meyitini onun Nyu-Yorkdakı evində dostu Stiven Villano tapıb. Bundan əvvəl Pastore bir neçə gün əlaqəyə çıxmayıb.

Ölümün səbəbi hələlik açıqlanmır.

Pastore "Sopranolar klanı"ndan əlavə, "Yaxşı uşaqlar", "Oyanış", "Karlitonun yolu" və "Revolver" filmlərində çəkilib, həmçinin müxtəlif televiziya layihələrində iştirak edib.

Mənbə: report.az

Xəbər lenti