IMG-LOGO

Hamı özünü məşhur aktrisanın pozğun qadın obrazına bənzətməyə çalışır

01.02.2024 12:44 99 baxış
IMG

Yılmaz Ərdoğanın çəkdiyi "İnci Taneleri" serialında rol alan Hazar Ergüçlünün Dilbər obrazında rəqsini əks etdirən ilk fraqmanı böyük səs-küyə səbəb olub. Hazar rolunu o qədər gözəl oynayıb ki, indi onun həqiqətən "pavyon qadını" olduğunu düşünənlər var.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hazarın Dilbər rolunda geyindiyi qısa qırmızı don dəbə düşüb, onun geyimində rəqs edib sosial şəbəkələrdə paylaşan qadınların sayı-hesabı yoxdur.  Məşhur müğənni Aydilgə  gecə bar qadınlarına olan marağı tənqid edib.

“Bu qadınlar bədənlərini satırlar, ağrılar yaşayırlar, rəqs edərkən bu ağrıların üstünə oynayırlar, bunun nəyini sevirsiniz?” 

Aydilgəyə sosial şəbəkədə çoxlu şərhlər gəlib.

İrem Derici ona“Qızım, sus” deyə münasibət bildirib.

Demet Akalın isə “Hər kəsin ağrısı var, absurd fikirdir” deyə cavab verib.

Popstar Mehtap isə bir zamanlar ehtiyac üzündən "pavyonda" rəqs etdiyini, bunun heç də xoş olmadığını bildirib. Bir çoxları Hazarın makiyajsız şəkillərini paylaşaraq “O Dilbər deyil adi bir qızdır” yazıblar.

Xəbər lenti