IMG-LOGO

Zaqatalada DƏHŞƏT: ailəsi 27 yaşlı oğlanın asılmış meyitini tapdı

31 Jan 2024 21:01 96 baxış
IMG

Zaqatalada 27 yaşlı gənc intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yeni Suvagil kəndində baş verib. 

Kənd sakini 1997-ci il təvəllüdlü Nurlan İmran oğlu Beydullayevin meyiti ailə üzvüləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı N. Beydullayevin hələ ki məlum olmayan səbəbdən həyatına qəsd etdiyi məlum olub. N.Beydullayev subay idi.  

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti