IMG-LOGO

Dünyanın ən uzun burunlu iti

31.01.2024 18:43 99 baxış
IMG

Uzun burunlu beş yaşlı Eris adlı it sosial media ulduzuna çevrilib. 

Lent.az xəbər verir ki, 31 sm uzunluğunda burnu olan bu ev heyvanı dünyanın ən uzun burunlu iti seçilib. Onun “Instagram” hesabında 305 minə qədər izləyicisi var. 

Bu qeyri-adi tazı 2018-ci ildə Lili Kamburyan və onun ortağı Savannanın ailəsinə daxil olub. Yunan nifaq ilahəsinin adını daşıyan Eris onların sadiq yoldaşı olub. Sahibləri dərhal itin uzun burunla bağlı bir neçə problemi ola biləcəyi barədə xəbərdarlıq edblər.

Ancaq buna baxmayaraq, Eris qeyri-adi xüsusiyyətinin öhdəsindən yaxşı gəlir.

O, burnunu divanların arasına soxmağı çox sevir. 

Eris hələ Ginnesin Rekordlar Kitabına düşməyib, lakin tazıların ömrü uzun olduğu üçün onun sahibləri nikbindirlər. 

 

Xəbər lenti