Həddindən artıq istilər Qərbi Avstraliyanın bəzi hissələrini əhatə edərək, böyük ştatda meşə yanğınları riskini artırıb.
Lent.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
Avstraliyanın Meteorologiya Bürosu ştatın ucqar əraziləri üçün "həddindən artıq isti" xəbərdarlığı edib. Sinoptiklər həftəsonu temperaturun yüksələcəyi ilə də bağlı xəbərdarlıq edirlər.
Agentlik bildirir ki, Paraburdu mədən şəhərciyində temperaturun 47 dərəcə Selsiyə çatacağı gözlənilir ki, bu da yanvar ayının orta göstəricisindən 6 dərəcədən çox yüksəkdir.
Avstraliyada rekord həddə çatan temperatur +50,7°, Onslou hava limanında 2022-ci il yanvarın 13-də qeydə alınıb.
İsti hava onsuz da yüksək yanğın mövsümündə meşə yanğınları riskini artırır.
Qeyd olunur ki, sözün əsl mənasında yanvarın əvvəlində Qərbi Avstraliya ştatının paytaxtı Perta şəhəri yaxınlığında böyük meşə yanğını nəzarətdən çıxıb və yerli sakinlər təxliyə edilməli olub.