IMG-LOGO

Yük yerində qadını gizlədib Azərbaycana gətirdi

19 Jan 2024 17:33 58 baxış
IMG

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, yanvarın 19-da saat 4:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 37 yaşlı Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu zaman avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 37 yaşlı Lamia Mamedova saxlanılıb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Mənbə: lent.az

Xəbər lenti