Psixoloji testlər çox adamın marağına səbəb olur.
Lent.az bu səbəbdən psixoloji durumunuzu yoxlamaq üçün 5 şəkil təqdim edir.
Hər şəkil ilk görəndə onu nəyə bənzətdiyinizi qeyd edin. İlk bənzətdikləriniz sizin haqda məlumat verir. Ən əsası isə bu tip testlərdə səhv və ya düz cavab yoxdur.
Şəkillərin izahı:
Şəkil 1.
-Timsah- Hər şeyi nəzarət altında saxlamaq istəyirsiniz, liderlik özəlliyinə sahibsiniz.
–Quş– Yeni mühitə adaptasiya olmaq, insanlarla ünsiyyətə girmək sizin üçün olduqca rahatdır. Sosial insansınız.
Şəkil 2.
-Üz cizgiləri, burun– Problemlərin həlli üçün daima məntiqli qərar qəbul etməyə çalışırsınız.
-Ayaq və quyruq– Yaradıcı insansınız. Duyğular və məntiq arasında qalırsınız.
Şəkil 3.
–Aslan– Qorxularla üzləşməkdən qaçmırsınız. Həll etmədən bir işdən əl çəkmirsiniz. Detallar sizin üçün vacibdir.
–Quş– Xəyalpərəst və yaradıcı insansınız, dünyanın dəyişməklə bağlı düşüncəniz var. Pozitiv insansınız
Şəkil 4.
–Ördək– duyğularınız tez-tez dəyişir. Bəzən qərar verməkdə çətinlik çəkirsiniz.
–Dovşan– hər addımınızı planlayaraq atırsınız.
Şəkil 5.
-İki üz-üzə dayanmış insan – Romantik birisiniz, şəhərin axşam görüntüsü sizə zövq verir. Problemlərinizi həmin an həll etmək sizin üçün vacibdir. Bəzən sizi buna görə anlamırlar. Həssas insan olsanız da bunu əsla göstərmirsiniz.
–Batman– Hər insanın dərdinə, probleminə qaçırsınız. Güclü birisiniz. Zamanı bəzən düzgün bölə bilmirsiniz.