IMG-LOGO

Heqset ABŞ-nin raket ehtiyatlarının tükəndiyinə dair məlumatları təkzib edib

05 Aug 2026 06:38 6 baxış
IMG

ABŞ-nin müharibə naziri Pit Heqset CNN telekanalının ABŞ hərbçilərinin İranla münaqişə başlayandan bəri raket ehtiyatlarının 80 %-ni tükətdiyi barədə məlumatını təkzib edib.

"Report" xəbər verir ki, Heqset müvafiq bəyanatı "X" sosial şəbəkəsində paylaşıb.

"Bu banner yalandır, CNN. Ayıb olsun sizə. Biz saxta KİV-lərə kifayət qədər nifrət etmirik", - Heqset telekanalın xəbər başlığı olan ekran görüntüsünü əlavə edərək yazıb.

Daha əvvəl CNN bildirmişdi ki, ABŞ "THAAD" raket ehtiyatlarının, demək olar, 80%-ni və "Patriot" raketlərinin təxminən yarısını istifadə edib.

Telekanalın mənbələrinin məlumatına görə, bu sursatların əhəmiyyətli hissəsi İranla münaqişə zamanı istifadə olunub.

Mənbə: report.az

Xəbər lenti