Amerika hərbçiləri son üç ay ərzində mindən çox gəminin Hörmüz boğazından keçməsinə yardım ediblər.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Son üç ay ərzində ABŞ Silahlı Qüvvələri mindən çox gəminin boğazdan uğurla keçməsinə kömək edib", - deyə paylaşımda bildirilir.
Daha əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpası məsələsi ilə bağlı İranla danışıqlarda irəliləyiş müşahidə olunur, lakin hələlik yekun qərar yoxdur.
Mənbə: report.az