IMG-LOGO

Rusiya Kiyevə zərbələr endirməyə başlayıb

05 Aug 2026 02:44 5 baxış
IMG

Ukrayna paytaxtı Kiyev şəhərinə və eyniadlı vilayətə Rusiya ordusu tərəfindən yenidən kütləvi hava zərbələri endirilir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, avqustun 5-i yerli vaxtla 00:40-da başlayan zərbələr ballistik raketlərdən və reaktiv pilotsuz uçuş aparatlarından təşkil olunub.

Hücumlarda paytaxtın Obolon, Qolosiv və Desnyan rayonlarına, o cümlədən Kiyev vilayətinin Brovarı şəhərinə hədəf alınıb.

Zərbələr nəticəsində adıçəkilən rayonlarda yanğınlar müşahidə olunur.

Mənbə: report.az

Xəbər lenti