IMG-LOGO

"SpaceX" IPO-dan sonra 541 milyon dollar rüblük zərər açıqlayıb

05 Aug 2026 02:14 6 baxış
IMG

ABŞ-nin "SpaceX" şirkəti birjaya çıxdıqdan sonra ilk rüblük hesabatını dərc edərək 541 milyon dollar xalis zərər açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

2025-ci ilin analoji dövründə "SpaceX"in xalis zərəri təxminən 1 milyard dollar təşkil edib.

Bununla belə, rüblük gəlir keçən ilin analoji dövrü ilə müqayisədə 92 % artaraq 7,8 milyard dollara çatıb.

"SpaceX" iyun ayında ilkin kütləvi səhm yerləşdirilməsini (IPO) keçirib. Birjada debütdən sonra şirkətin səhmlərinin dəyəri 225,6 dollara qədər yüksəlsə də, sonradan aşağı düşüb. Avqustun 4-də baş tutan hərracların yekunlarına görə, qiymətli kağızlar 125,33 dollar səviyyəsində qapanıb.

Mənbə: report.az

Xəbər lenti