IMG-LOGO

Kartof min illər ərzində insanların genetik quruluşunu dəyişib – Maraqlı araşdırma

05 Aug 2026 07:38 4 baxış
IMG
1 0

Alimlər müəyyən ediblər ki, And dağlarında min illər boyu əsas qida məhsulu kimi kartofdan istifadə edən yerli əhalidə genetik dəyişikliklər formalaşıb.

Lent.az xəbər verir ki, araşdırmaya görə, bu insanların orqanizmi kartofdakı nişastanı daha səmərəli həzm etmək üçün zamanla uyğunlaşaraq xüsusi genetik xüsusiyyətlər qazanıb.

Tədqiqatçılar bildirirlər ki, uzunmüddətli qidalanma vərdişləri insan genomuna təsir göstərə bilər. Araşdırmanın nəticələri qidalanmanın təkcə sağlamlığa deyil, həm də insanın təkamül prosesinə və genetik inkişafına təsir etdiyini göstərən ən maraqlı nümunələrdən biri hesab olunur.

Alimlər bu kəşfin gələcəkdə qidalanma genetikası və fərdiləşdirilmiş tibb sahəsində yeni araşdırmalara yol aça biləcəyini vurğulayırlar.

 

And kartof

Mənbə: lent.az

Xəbər lenti