IMG-LOGO

Tramp: İranla danışıqların nəticəsi yaxın 48 saat ərzində məlum olacaq

05 Aug 2026 08:54 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasındakı danışıqların nəticələri yaxın 48 saat ərzində məlum ola bilər.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə avqustun 5-də Hörmüz boğazının açılma ehtimalı ilə bağlı xəbərləri şərh edərkən bildirib.

"Biz çox yaxşı irəliləyirik. Nəticələr barədə 48 saat ərzində öyrənəcəyik. Bu, sabah və ya birigün baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə olunub", - Tramp Los-Ancelesdən uçuşdan əvvəl deyib.

Daha əvvəl "Axios" portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ çərşənbə günü Hörmüz boğazının açılması məsələsi ilə bağlı İran və Omanla müvəqqəti razılaşmalar əldə olunduğunu elan etməyə hazırlaşır.

Mənbə: report.az

Xəbər lenti