IMG-LOGO

Britaniya hökuməti məhbusların vaxtından əvvəl azad edilməsi proqramını davam etdirəcək

05 Aug 2026 00:50 5 baxış
IMG

Böyük Britaniya hökuməti həbsxanalarda yer çatışmazlığı səbəbindən məhbusların vaxtından əvvəl azad edilməsi proqramını davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə ölkənin baş naziri Endi Börnhem "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, zorakılığa və uşaqlara qarşı ağır cinayətlərə görə məkum olunmuş şəxslər üçün istisna ediləcək. Börnhem yaranmış vəziyyətə görə məsuliyyəti 2010-cu ildən 2024-cü ilə qədər hakimiyyətdə olmuş Mühafizəkarlar Partiyasının üzərinə atıb.

Baş nazir penitensiar sistemin praktiki olaraq öz imkanlarının həddinə çatdığını deyib və xəbərdarlıq edib ki, proqram davam etdirilməzsə, yeni hüquq pozucuları vaxtında həbsxanaya düşməyə bilər.

Börnhem vurğulayıb ki, hakimiyyət azadlığa buraxılan məhbuslar üzərində nəzarəti sərtləşdirəcək. Onun sözlərinə görə, onların əksəriyyəti elektron qolbaq daşımağa, həmçinin ayrı-ayrı ərazilərə baş çəkmək, avtomobil idarə etmək, kütləvi tədbirlərə getmək qadağası da daxil olmaqla, əlavə məhdudiyyətlərə riayət etməli olacaqlar.

Hökumət başçısı həbsxanalarda yer çatışmazlığı problemini həll edəcəyinə də söz verib və bildirib ki, Viktoriya dövründən bəri ən böyük penitensiar müəssisələrin tikintisi proqramı çərçivəsində 2031-ci ilə qədər ölkədə 14 min yeni yerin yaradılması planlaşdırılır.

Mənbə: report.az

Xəbər lenti