ABŞ Silahlı Qüvvələri İranın dəniz limanlarının blokadası bərpa olunduqdan bəri 45 ticarət gəmisinin istiqamətini dəyişdirib.
"Report"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.
"Avqustun 4-nə olan məlumata əsasən, CENTCOM 45 kommersiya gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha iki gəmidə baxış keçirib", - məlumatda bildirilib.
Daha əvvəl komandanlıq nümayəndələri Yaxın Şərqdə 20-dən çox ABŞ gəmisinin fəaliyyət göstərdiyini bildirmişdilər.
Xatırladaq ki, ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib.
Mənbə: report.az