IMG-LOGO

WSJ: Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub

05 Aug 2026 07:06 3 baxış
IMG

ABŞ Federal Mülki Aviasiya İdarəsi prezident Donald Trampın helikopterinin Ağ Ev ərazisindən uçuşu zamanı təhlükəsizlik standartlarının pozulması faktını araşdırır.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qüvvədə olan qaydalara əsasən, prezident helikopterinin uçuşu zamanı Ronald Reyqan adına Hava Limanından kommersiya reyslərinin yola düşməsi müvəqqəti olaraq dayandırılmalı idi. Bundan əlavə, mülki hava gəmilərinin onun 1,5 mil (təxminən 2,5 km) yaxınına yaxınlaşması qadağandır. Lakin bu tələblərə riayət olunmayıb.

WSJ qeyd edib ki, uçuş zamanı mülki təyyarələr göyərtəsində Trampın olduğu helikopterdən təhlükəli məsafədə olmayıb.

Mənbə: report.az

Xəbər lenti