IMG-LOGO

Braziliya hakimiyyəti ABŞ-nin səfirin vizasını ləğv etməsini pisləyib

05 Aug 2026 05:53 4 baxış
IMG

Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın administrasiyası ABŞ-nin Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeyro Viottinin vizasının ləğvi qərarını pisləyib.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.

Administrasiya Vaşinqtonun qərarını Braziliyaya qarşı növbəti düşmənçilik addımı adlandırılıb və onun qarşılıqlı hörmətə əsaslanan ikitərəfli tərəfdaşlıqla bir araya sığmayan ideoloji motivlərlə diqtə olunduğu bildirilib.

Bundan əlavə, Braziliya hakimiyyəti səfirin vizasının ləğv edilməsi üçün ABŞ tərəfindən təqdim olunan əsaslandırmaları yalan adlandıraraq rədd edib.

Bəyanatda həmçinin iddia edilib ki, Ağ Ev ölkənin daxili siyasi vəziyyətinə təsir göstərməyə çalışır. Lula da Silva administrasiyasının fikrincə, ABŞ-nin hərəkətləri Braziliyada qarşıdan gələn prezident seçkilərinə müdaxilə etmək istəyindən xəbər verir.

Mənbə: report.az

Xəbər lenti