Braziliya hökuməti Argentina ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb.
Məlumata görə, hakimiyyət həmçinin səfir Julio Bitellini Buenos-Ayresə qaytarmamaq qərarına gəlib. Qəbul edilən qərar barədə Argentinanın Braziliyadakı səfiri Daniel Raymondiyə məlumat verilib və ona Braziliya Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.
Telekanal qeyd edib ki, bu addım Argentina Prezidenti Xavyer Mileylin Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə reaksiya olaraq atılıb.
Mənbə: report.az