IMG-LOGO

Hacıqabulda iki maşın TOQQUŞDU: Ölən var

21 Dec 2023 16:59 144 baxış
IMG

Hacıqabulda yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. “Toyota Prado” markalı avtomibillə “QAZel” markalı yük maşını toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan 2 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti