IMG-LOGO

Xankəndidə "Qarabağ"-MOİK oyunu BAŞLADI

21 Dec 2023 13:56 207 baxış
IMG

Bu gün Xankəndi şəhərində 30 ildən sonra tarixi oyun keçirilir. 

Lent.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gəlib.

Qeyd edək ki, bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.

Xatırladaq ki, axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Mənbə: lent.az

Xəbər lenti