Rusiyanın Ukraynanın Zaporojye rayonuna zərbəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalındakı məlumatında bildirilib.
Qurumun məlumatına görə, zərbə dördmərtəbəli qeyri-yaşayış binasına endirilib, bundan sonra üçüncü mərtəbədə yanğın baş verib. Xilasedicilər 100 kvadratmetr sahədə baş vermiş yanğını söndürüblər.
"Qəza-xilasetmə işləri zamanı 2 nəfəri yanan binadan xilas etmək mümkün olub. Hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması davam edir", - Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən qeyd olunub.
Mənbə: report.az