IMG-LOGO

Çində məmur dövlət sirrini yaydığına görə ölüm cəzasına məhkum edilib

23 Nov 2026 17:32 8 baxış
IMG

Çin xarici dövlətə dövlət sirrini yaydığına görə mərkəzi aparatın məmurunu ölüm cəzasına məhkum edib.

"Report" mənbəyə istinad edən "Reuters" agentliyinə istinadən xəbər verir.

Çinin Dövlət Sirrinin Mühafizəsi üzrə Milli İdarəsinin fəaliyyətinə nəzarət edən "Baomiguan" nəşrinin məlumatına görə, yalnız Ma soyadı ilə tanınan məmur xaricdə xidmət edərkən xarici kəşfiyyat xidməti tərəfindən ələ alınıb.

Çinə qayıtdıqdan sonra Ma guya öz kuratorunun göstərişi ilə "uzunmüddətli" əməliyyat zamanı 100-dən çox kəşfiyyat hesabatı, o cümlədən sonradan dövlət sirri kimi tanınan 35 sənəd göndərib və bunun müqabilində milyon yuandan (150 min dollar) çox pul alıb.

Mənbə: report.az

Xəbər lenti