IMG-LOGO

Prezidentin əri Zənzibar adasında öldü

07 Sep 2026 19:06 2 baxış
IMG
0 0

Tanzaniya prezidenti Samia Suluhunun əri Həsən Hafid Ameyr Həsən ürək xəstəliyindən Zənzibar adasındakı xəstəxanada vəfat edib. 

"Tanzaniya prezidenti Samia Suluhu Hasanın əri Hafid Ameyr Hasanın vəfatını dərin kədərlə elan edirəm", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ölkənin vitde-prezidenti Deoqratius Ndembebi bildirib.

Dövlət başçısının əri yerli vaxtla səhər saat 8:00 radələrində Emilio Mzena Xəstəxanasında vəfat edib və hazırda Kizimkazi kəndində dəfn mərasimi keçirilir.

Ameyr Həsən peşəkar aqronom idi, nadir hallarda ictimai tədbirlərdə iştirak edirdi və 1978-ci ildən bəri Samia Suluhu Həsənlə evli olub və onunla birlikdə dörd uşaq böyüdüb.  

Samia Suluhu Hasan Tanzaniya Prezident

Mənbə: lent.az

Xəbər lenti