IMG-LOGO

Azərbaycanda gələn il üçün sanatoriya-kurort yollayışlarının sayı açıqlanıb

18 Nov 2026 16:51 25 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata əsasən, 2027-ci ildə tam dəyəri 20,5 milyon manat olan 20 000 ədəd sanatoriya-kurort yollayışı verilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bunlar, 2026-cı ilin gözlənilən göstəricisi ilə müqayisədə 7,3 % azdır.

O cümlədən, gələn il tam dəyəri 18,4 milyon manat olan, amma haqqı qismən (15 % olmaqla) ödənilən 18 000 yollayış verilməsi planlaşdırılır. Bunlar isə bu ilin gözlənilən göstəricisinə nisbətən 7,3 % azdır.

Mənbə: report.az

Xəbər lenti