IMG-LOGO

Kosmosda 15 min sirli obyekt aşkarlandı

17 Nov 2026 23:13 15 baxış
IMG
0 0

Avropa Kosmik Agentliyinin “Euclid” teleskopu kainatda qaranlıq maddənin öyrənilməsinə kömək edə biləcək təxminən 15 min yeni qravitasiya linzası namizədi aşkar edib. Lent.az xəbər verir ki, bu barədə “Phys.org” Britaniya Kolumbiyası Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Qravitasiya linzası böyük kütləyə malik qalaktikaların və digər kosmik strukturların özlərindən daha uzaqda yerləşən obyektlərin işığını əyməsi nəticəsində yaranır. Bu hadisə uzaqdakı qalaktikaları öyrənməyə və qaranlıq maddənin paylanmasını araşdırmağa kömək edir.

“Euclid” teleskopunun ilk geniş məlumat bazasında 900 milyondan çox qalaktika və 60 milyona yaxın kvazar barədə məlumat toplanıb. Müşahidələr gecə səmasının təxminən 5 faizini əhatə edib.

Beynəlxalq tədqiqat qrupu əldə edilən məlumatlar əsasında 15 minə yaxın güclü qravitasiya linzası namizədi müəyyənləşdirib. Alimlər bu obyektlərin əlavə müşahidələrlə təsdiqlənməsinin kainatın quruluşu və qaranlıq maddə barədə bilikləri genişləndirəcəyini düşünürlər.

Euclid kosmos qalaktika qaranlıq maddə qravitasiya linzası astronomiya

Mənbə: lent.az

Xəbər lenti