IMG-LOGO

Bitcoinin qiyməti 70 min dollardan aşağı düşüb

13 Nov 2026 08:06 35 baxış
IMG

Bitcoinin qiyməti hərraclar zamanı 2026-cı il avqustun 20-dən bəri ilk dəfə 70 min dollardan aşağı enib.

"Report" xəbər verir ki, bu barədə "Binance" platformasının məlumatlarında bildirilib.

Bakı vaxtı ilə saat 06:52-də Bitcoin 2,18% ucuzlaşaraq 69,9 min dollar səviyyəsində qərarlaşıb.

Saat 06:57-də isə kriptovalyutanın ucuzlaşması səngiyib və qiyməti 70 271 dollara yüksəlib. Bu, əvvəlki göstəricidən 1,66% aşağıdır.

Həmin vaxt "Ethereum"un qiyməti də 1,41% azalaraq 1 991,23 dollar təşkil edib.

Mənbə: report.az

Xəbər lenti