IMG-LOGO

Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib

31 Oct 2026 20:40 5 baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP ("Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" - red.) və Azərbaycanla Ermənistan arasındakı sülh prosesi barədə fikir mübadiləsi aparıb.

"Report" xəbər verir ki, Mirzoyan bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Regional bağlantı, TRIPP layihəsi və Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq", - Mirzoyan yazıb.

Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Mənbə: report.az

Xəbər lenti