Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Lent.az-a "Azəriqaz"a istinadən xəbər verir.
"Təmir-quraşdırma işləri ilə əlaqədar 22.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunur.
Qaz kəsiləcək AzəriqazMənbə: lent.az