Səhiyyə Nazirliyi Milli Məclisin deputatı Səyyad Aranın çıxışı ilə bağlı açıqlama yayıb.
Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir.
"Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir. Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir".
Qeyd edək ki, bu gün iclasda deputat bildirib ki, səhiyyə naziri qəbula gedir, ətrafı elə kəsdirirlər ki, nazirə yaxın düşmək olmur. Həm də əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alırlar və onları qəbula buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nəysə, bu sözü demək istəmirəm.
Səhiyyə Nazirliyi Milli Məclis Səyyad AranMənbə: lent.az