IMG-LOGO

Uşaqlarda ürək xəstəliklərinin riski 8 yaşdan üzə çıxa bilər

21 Sep 2026 12:48 3 baxış
IMG
0 1

Ürək-damar, böyrək və metabolik xəstəliklər riskinin artdığını göstərən molekulyar əlamətlər uşaqlarda artıq 8 yaşından etibarən ortaya çıxa bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 273 uşağın qanında təxminən 5 min zülalı araşdıraraq altı xarakterik zülal profilini müəyyən ediblər. Oxşar dəyişikliklər eyni populyasiyadan olan və ürək, böyrək xəstəlikləri, eləcə də maddələr mübadiləsi pozuntuları riski yüksək hesab edilən 685 yetkin şəxsdə də aşkar edilib. Daha sonra nəticələr UK Biobank layihəsinin 28 mindən çox iştirakçısının məlumatları əsasında yoxlanılıb. Məlum olub ki, oxşar zülal profillərinə malik yetkin şəxslərdə infarkt və digər mənfi sağlamlıq nəticələri riski həqiqətən də daha yüksək olub.

Alimlər eyni zamanda müəyyən ediblər ki, bəzi dəyişikliklər potensial olaraq geri dönə bilər. GLP-1 qrupuna aid preparatlardan istifadə edən böyüklərdə xəstəlik riskinin artması ilə əlaqələndirilən zülalların böyük hissəsində müsbət istiqamətdə dəyişikliklər müşahidə edilib.

Tədqiqat müəlliflərinin fikrincə, belə molekulyar dəyişikliklərin uşaqlıq dövründə aşkarlanması gələcəkdə xroniki xəstəliklər riski yüksək olan insanları simptomlar yaranmazdan xeyli əvvəl müəyyən etməyə və profilaktik tədbirlər görməyə imkan verə bilər. Bununla belə, qan zülallarının bu cür genişmiqyaslı analizi hələlik standart tibbi skrininq proqramlarına daxil deyil.

Uşaq uşaq sağlamlığı ürək xəstəlikləri

Mənbə: lent.az

Xəbər lenti