Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının konfranslarının keçirilməsi, VIII Qurultaya nümayəndələrin seçilməsi prosesi başa çatıb.
Lent.az-ın xəbərinə görə, sabah YAP mərkəzi qərargahında rayon təşkilatlarının sədrlərinin iclası keçiriləcək, qurultayla bağlı texniki məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.
YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.
YAPMənbə: lent.az