IMG-LOGO

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

21 Sep 2026 14:38 3 baxış
IMG
0 0

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər iki tərəfindəki sərnişinlərin də qısa şort geyindiyini bildirib. O, ayaqların bir-birinə toxunması ehtimalından narahat olduğunu və bütün uçuş boyu ayaqlarını birləşdirib oturduğunu yazıb.

Bəzi istifadəçilər isə hər kəs öz oturacağı sərhədində qaldığı müddətdə təsadüfi təmasın böyük problem olmadığını qeyd edib. Digərləri isə məhz gigiyena səbəbindən uçuşlarda uzun şalvar geyinməyə başladıqlarını bildiriblər.

Stüardessalar uzun və rahat geyim seçməyi tövsiyə edirlər. Bu, həm dərini oturacaqla birbaşa təmasdan qoruyur, həm də salonda üşüməyin qarşısını alır.

Təyyarədə ayaqyalın və ya yalnız corabla gəzmək, xüsusilə tualetə bu şəkildə getmək məsləhət görülmür. Daha yüngül ayaqqabı istəyənlər otellərdə verilən birdəfəlik başmaqlardan götürüb uçuşdan sonra ata bilərlər.  

maraqlı təyyarədə geyinilməyən geyimlər

Mənbə: lent.az

Xəbər lenti