Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb.
Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:
“35 il dolu keçdi. Heç vaxt meydanı tərk etmədik, daim işimizin başında olduq. Qarşıda daha 35 il varmı, bilmirəm, amma gözəl 35 il yaşadım”.
Sənətçi məşhur “Kalp yarası” mahnısının yaranma tarixçəsini də açıqlayıb. O bildirib ki, mahnını ilk dəfə oxuyanda qadınların reaksiyasından çəkinib:
“Mahnını oxuyanda dedim ki, kişilərin 30 illik marşı ortaya çıxdı. Qadınlar məni tənqid edərmi deyə qorxdum. Sezen Aksu məni razı saldı. "Bu, bir kişinin ayrılıq ağrısıdır, oxu", - dedi. Mən də oxudum”.
Özcan Deniz Sezen Aksu Türkiyə məşhurlarMənbə: lent.az