Qırğızıstanda ətlik-piylik araşan cinsindən olan bir qoç bir milyon dollara satılıb. Heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınmış Frankel adlı qoçun nəslindəndir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşan cinsi Qırğızıstanda 2021-ci ildə rəsmi qeydiyyata alınıb.
Onun yaradılması istiqamətində işlərə isə 1970-ci illərdə Çuy vilayətindəki Maşın-Sınaq Stansiyasında başlanılıb. Bu məqsədlə Tacikistandan gətirilmiş hissar qoçları yerli qaba yunlu ana qoyunlarla cütləşdirilib.
Əti və dözümlülüyü ilə seçilir
Nazirliyin məlumatına görə, araşan cinsi yüksək ət və quyruq piyi çıxımı ilə fərqlənir. Əti yumşaq və şirəli olur.
Bu qoyunlar yüksək dağlıq ərazilərdə və vadilərdəki çöllərdə saxlanmağa uyğunlaşıb. Dözümlü olmaları sayəsində otlaqlarda uzun müddət otarılmağa, eləcə də tövlə şəraitində saxlanmağa yaxşı uyğunlaşırlar.
Teqlər: Qırğızıstan, araşan cinsi, bir milyon dollarlıq qoç, qoyunçuluq, heyvandarlıq
Qoyun ən bahalı qoyunMənbə: lent.az