IMG-LOGO

Alim Qasımov Üzeyirlə duetindən danışdı: “Kim tənqid edir, özü bilər”

21 Sep 2026 12:33 3 baxış
IMG
4 0

Son günlər Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə duet oxuması çoxlarının dilindən düşmür. Xeyli insan bu birgə işi tənqid etdi.

Lent.az xəbər verir ki, Kulis.az  Xalq artisti ilə müsahibədə bu barədə onun mövqeyini öyrənib:

– Alim bəy, Üzeyir Mehdizadə ilə duetiniz, belə deyək, cəmiyyətdə şok effekti yaratdı. Təklif necə gəldi?

– Üzeyir bəy mənimlə əlaqə saxladı. Bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Qulaq asdım, sözlərini, müsiqisini bəyəndim və oxudum. Əsas da mahnının sözləri ürəyimə yatdı.

– Ancaq duet insanlar tərəfindən birmənalı qarşılanmadı. Əvvəlcədən təxmin etmişdiniz?

– Yox. Daha doğrusu, bu qədər yox. Ancaq Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər.

Xalq artisti Alim Qasımov Üzeyir Mehdizadə

Mənbə: lent.az

Xəbər lenti