IMG-LOGO

Lənkəranda 3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldü

21 Sep 2026 15:59 2 baxış
IMG
0 0

Lənkəranda 3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb.

Lent.az-ın xəbərinə görə, 3 gün əvvəl Lənkəran rayonunun Kərgəlan kənd sakini 16 yaşlı E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alıb.

Xəsarət alan yeniyetmə tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Yeniyetməni xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində ölüb.

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. saxlanılıb.

Qeyd edək ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin həyətində baş verib.(APA)

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti