IMG-LOGO

Məktəbdə spirtdən kütləvi ZƏHƏRLƏNMƏ

07.12.2023 14:40 102 baxış
IMG

Moskva məktəblərindən birində 20 şagird antiseptik spirtdən zəhərlənib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Şimal Tuşino rayonunda 2-ci sinif şagirdi həmin məhsulu məktəbə gətirib və sinif yoldaşlarını ondan istifadə etməyə dəvət edib. Əllərini spirtləyən uşaqların bir müddət sonra halı pisləşib. Onlarda allergiya, öskürək, baş ağrıları başlayıb.

Hadisə yerinə təcili xidmətlər cəlb olunub. Hazırda həkimlər məktəbliləri müayinə edir. İbtidai sinif şagirdləri əllərindəki qızartıdan və öskürək şikayətlənirlər.

Sinif otaqları havalandırılıb, mütəxəssislər havada zərərli maddələrin həddindən artıq konsentrasiyasını aşkar etməyiblər.

Xəbər lenti