IMG-LOGO

Ağcabədidə dönərxana PARTLADI: yaralılar var

07 Dec 2023 11:33 282 baxış
IMG

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti