IMG-LOGO

Bakıda avtoyuma məntəqəsində 3 avtomobil yandı-FOTO

07 Dec 2023 05:09 246 baxış
IMG

Bakının Suraxanı rayonunda avtoyuma məntəqəsində yanğın olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, yanğın nəticəsində üç avtomobil yanıb. Yanğın zamanı “Mercedes Vito” tam, “Toyota Prius” və “Mercedes” markalı minik avtomobilləri isə qismən yanıb. 

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.  

Mənbə: lent.az

Xəbər lenti