IMG-LOGO

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

24 Aug 2026 23:01 3 baxış
IMG
0 0

Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva IV qrup üzrə qəbul imtahanında 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub.

Lent.az xəbər verir ki, bu barədə Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü lisey məlumat yayıb.

Liseyin məzunu olan Ayan Niftəliyevanın qardaşı Nihad Niftəliyev də 3 il əvvəl yüksək balla Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olub. Ayan həmçinin “Əmanətə sədaqət” təqaüd proqramının iştirakçısıdır.

 

Ayan Niftəliyeva şəhid övladı Tibb Universiteti

Mənbə: lent.az

Xəbər lenti