Azərbaycan elminə ağır itki üz verib.
Lent.az "Ölkə.az"a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor Ayvaz Xələfli vəfat edib. O, yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib.
Xələfli Ayvaz Alı oğlu 1942-ci ildə Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Cil kəndində anadan olub.
Qeyd edək ki, mərhum Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və professor Abuzər Xələfovun qardaşıdır.
Ayvaz Xələfli
Hadisələr Xələf Xələfov Ayvaz Xələfli Abuzər Xələfov
Mənbə: lent.az