IMG-LOGO

İsmayıllıda qəzada ölən şəxsin kimliyi məlum oldu

24 Aug 2026 23:50 3 baxış
IMG
2 0

İsmayıllıda avtomobil qəzasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 41 yaşlı Samir Abdullayev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

*** 22:15

İsmayıllıda “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində sürücü ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb. Avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü həyatını itirib.

 

*** 22:04

İsmayıllıda yol qəzası baş verib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Qəzanın təfərrüatları və ölən-yaralananların sayı dəqiqləşdirilir.

ismayıllı qəza

Mənbə: lent.az

Xəbər lenti