IMG-LOGO

ABŞ-dan İrana qarşı yeni qərar: Tehranla işləyən şirkətlər ağır sanksiya ilə üzləşəcək

24 Aug 2026 22:12 2 baxış
IMG
0 0

ABŞ İrana qarşı genişmiqyaslı maliyyə təzyiqi kampaniyalarından birinə hazırlaşır. Vaşinqton Tehranla iqtisadi əlaqələri davam etdirən ölkə və şirkətləri dollar əsaslı maliyyə sistemindən kənarda qalmaq riski ilə üz-üzə qoymağı planlaşdırır.

Lent.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent avqustun 24-də İrana qarşı ikinci dərəcəli sanksiyaların əhatəsinin genişləndirilməsini nəzərdə tutan yeni tədbirləri açıqlayacaq.

Bessent bu addımı “iqtisadi D-Day” adlandıraraq, bunun bir rəqibə qarşı indiyədək həyata keçirilmiş ən böyük maliyyə hücumu olacağını bildirib.

Yeni tədbirlər İranla iqtisadi əlaqələri davam etdirən şirkətləri, maliyyə qurumlarını və digər strukturları hədəfə ala bilər. Xüsusilə İran neftinin daşınmasında və alınmasında iştirak edən şirkətlərə, valyuta mübadiləsini həyata keçirən qurumlara və Tehranın idxal ödənişlərinə yardım edən vasitəçilərə qarşı nəzarətin sərtləşdirilməsi gözlənilir. Aviasiya sektorunun da sanksiyaların hədəfinə çevrilə biləcəyi bildirilir.

abş iran sanksiya

Mənbə: lent.az

Xəbər lenti