IMG-LOGO

Bakının bu yolları iki gün bağlı olacaq

24 Aug 2026 16:28 7 baxış
IMG
0 0

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə AAYDA-dan Lent.az-a məlumat verilib. 

Bildirilib ki, məhdudiyyət aşağıdakı vaxtlarda tətbiq ediləcək: - 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək; - 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

yol AAYDA Yolda məhdudiyyət

Mənbə: lent.az

Xəbər lenti