IMG-LOGO

İsmayıllıda avtomobil aşdı, sürücü öldü

24 Aug 2026 22:17 2 baxış
IMG
0 0

İsmayıllıda “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində sürücü ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb. Avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü həyatını itirib.

 

*** 22:04

İsmayıllıda yol qəzası baş verib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Qəzanın təfərrüatları və ölən-yaralananların sayı dəqiqləşdirilir.

ismayıllı qəza

Mənbə: lent.az

Xəbər lenti